79 yaşlı xalq artisti efirdə “jim” etdi – Video
Xalq artisti Teymur Mustafayev (Teymur əmi) qonaq olduğu “Hər şey daxil” proqramında “jim” edib.
XALQ.AZ xəbər verir ki, 79 yaşlı müğənni özünə necə qulluq etməsindən danışıb:
“Səhər və günorta yemək yesinlər, şam yeməsinlər. Hər səhər idman etsinlər. 40 ildir 7 ağacdan düzəltdirdiyim taxtda yatıram. Üstünə isə dəvə yunundan olan nazik örtük örtürəm. Başımın altındakı isə ağacdan balış qoyuram”.
Daha sonra yerə uzanan Teymur əmi 51 dəfə “jim” edib.
Orxan