media-tia_3c1fff995e8b8b80f5394b4068d0bd9c_nhjoy7sqvuxig8wrmatf-645x430

Yeşilçamın əfsanəvi filmlərindən biri olan “Şabanoğlu Şaban” uzun illərdən sonra yenidən ekranlara qayıdır.

Xalq.online xəbər verir ki, “Şabanoğlu Şaban” adlı davam filmində Kemal Sunalın unudulmaz “Şaban” obrazını oğlu Ali Sunal canlandıracaq. Çəkilişlərə sentyabr ayının sonunda başlanılması planlaşdırılır.

1977-ci ildə Kemal Sunal tərəfindən canlandırılan “Şaban” obrazı Türkiyə kinosunun ən unudulmaz obrazlarından biridir.  Rejissor Ertem Eğilmezin  “Şabanoğlu Şaban” filmində Kemal Sunal, Şener Şen, Halit Akçatepe kimi türk kinosunun görkəmli simaları yer alıb.

media-tia_8c4a32575a96b2df4251a3f1be171bc5_gpqzo6hwjyac85l9u03k


media-728x90banner

Bənzər xəbərlər