media-irann

Ötən həftə Tehranda İran, Rusiya və Ermənistanın yüksək rütbəli hərbçiləri arasında görüş baş tutub.

Xalq.online Tribuna.az-a istinadən xəbər verir ki, bu barədə “Asr İran” saytı məlumat yayıb.

Məlumatda qeyd edilir ki, görüşdə İran ali dini liderinin hərbi məsələlər üzrə müşaviri Yahya Rəhim Səfəvi, Rusiya müdafiə nazirinin müavini, Rusiya baş qərargahı əməliyyat planlaması idarəsinin rəisi, ordu generalı Yunusbek Yevkurov, Ermənistan müdafiə nazirinin müavini və baş qərargah rəisi Edvard Asryan iştirak edib.

Bildirilir ki, əsasən Afrika və Yaxın Şərqdən məsul olan Yevkurov ilk dəfə Cənubi Qafqaz məsələsində müzakirələrə qoşulub. “Mənbələrin iddiasına görə, əsas müzakirə mövzusu TRİPP lahiyəsi olub. Yahya Rəhim Səfəvi hazırda TRİPP lahiyəsinə açıq qarşı çıxan və Ermənistanı təhdid edən qanadı təmsil edir”.


media-728x90banner

Bənzər xəbərlər