media-tia_6c811b21311d0d6a833b217df4b979d3_uiahzpe0gwq63kmbyc78-645x422

Rusiyanın İrkutsk vilayətində vəba xəstəliyindən bir şəxsin ölməsi ciddi problem və təşvişə səbəb olub.

Xalq.online xəbər verir ki, söhbət araşdırma institutunun əməkdaşından gedir.

Məlumata görə, qadının vəba xəstəliyinə yoluxması nəticəsində həyatını itirməsindən sonra onunla təmasda olmuş ola biləcək təxminən 200 nəfər karantinə alınıb.

Hazırda mütəxəssislər mümkün təmas zəncirini müəyyənləşdirmək və infeksiyanın yayılmasının qarşısını almaq üçün ərazidə genişmiqyaslı tibbi yoxlamalar aparırlar.

Karantinə alınan şəxslərin səhhəti həkimlər tərəfindən nəzarətdə saxlanılır. Bölgədə epidemioloji araşdırmaların davam etdiyi bildirilir.


media-728x90banner

Bənzər xəbərlər