90 min manat vergi borcu olan “Güvən Lux” MMC “Dənizkənarı Bulvar İdarəsi” ilə necə müqavilə bağladı?
“Dənizkənarı Bulvar İdarəsi” publik hüquqi şəxsi tikinti mallarının alınmasına 90 282 AZN xərcləyəcək.
XALQ.AZ xəbər verir ki, Pravda.az-ın xəbərinə görə, qurum “Güvən Lux” MMC ilə müqavilə imzalayıb.
Alınacaq malların siyahısına aradoldurucu, dikt, metal list, profil və s. daxildir.
Qeyd: Nizamnamə kapitalı 10 AZN olan “Güvən Lux” MMC-nin qanuni təmsilçisi Elmar Ramiz oğlu Həmidovdur. Şirkətin dövlətə 15 638 AZN vergi borcu var.