AAYDA Hövsan sakinlərini belə aldadır-VİDEO
Suraxanı rayonu, Hövsan qəsəbəsi, şəhid Elzar Yusubov adını daşıyan küçəyə vurulan asfalt örtüyü narazılıq yaradıb.
Xalq.online Tribuna.az -a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında Bəxtiyar Kazımlı video paylaşıb. O bildirib ki, sözegedən küçəyə biabırçı formada asfalt vurulub:
“Bu nə asfaltdı vurublar yola? Hansı yol idarə görüb bu işi?
Yolu əvvəl qaşımışdılar. Dedik, qaşınmış frezi bizə verin, vermədilər. Deyəsən qaşınan asfaltı yenidən elə yerə vurublar.
Bu yol çəkmək, təmir etmək deyil. Bu uşaq başı aldatmaqdı. Bu nədir belə ediblər? Çıxıb izah etsinlər gördükləri işi”.
Qarşı tərəfi dinləməyə hazırıq.










