media-abiddd

Baş nazirin sabiq müavini Abid Şərifova məxsus olduğu deyilən “Evrascon” şirkətinin dövlətə olan borcu yenidən artıb.

XALQ.AZ Qaynarinfo-a istinadən məlumatveri ki, “Avro-Asiya İnşaat Korporasiyası “EVRASCON” ASC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə 1.333.869,79 AZN vergi borcu yaranıb.

Şirkətin qanuni təmsilçisi və baş direktoru Həmzət İsmiyev İsmayıl-Əfəndiyeviçin ölkədən çıxışına məhdudiyyət qoyulub.

Qeyd edək ki, şirkətin ötən ilin sonuna kimi vergi borcu 1,1 milyona yaxın idi. Bu ilin son 3 ayında Həmzət İsmiyevin dövlətə vergi borcu 200 min manatdan çox artıb.

media-manatt

Qeyd edək ki, “EVRASCON” Direktorlar Şurasının Sədri İsmiyev İsmayıl -Əfəndi  Hacımuradoviçdir.

media-ismiyev


media-728x90banner

Bənzər xəbərlər