Ədliyyə naziri Fərid Əhmədova yeni müavin təyin edilib.

XALQ.AZ xəbər verir ki,  bu barədə müvafiq sərəncam imzalanıb.

Yeni nazir müavini Ali Məhkəmənin hakimi Abiddin Hüseynov olub.

Təyinatla bağlı Məhkəmə-Hüquq Şurası onun hakimlik fəaliyyətinə xitam verilməsi barədə qərar qəbul edib.

Abiddin Hüseynov ötən il Azərbaycan Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.

Qeyd edək ki, Ədliyyə nazirinin müavini Toğrul Musayev vəzifəsindən azad edilib.

 

 


media-728x90banner

Bənzər xəbərlər