Aeroport şosesində dəhşətli qəza-Video
Paytaxtın Sabunçu rayonu, Aeroport şosesində qeydə alınan bu qəza zamanı da mərkəz istiqamətində müddəti təxminən 1 saat çəkən nəqliyyat sıxlığı yaranıb.
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Ömər Xıdırov XALQ.AZ-a bildirib ki, paytaxt yollarında nəqliyyatın ləngiməsinin, sürücülərin əlavə vaxt itkisi ilə qarşılaşmasının əsas səbəblərindən biri də yollarda qəzaların baş verməsidir. Xüsusilə də maddi zərərlə nəticələnən belə qəzalar səbəbindən dəqiqələrlə yollarda nəqliyyat sıxlığı yaranır.