Ağdamda mina partladı-Polis əməkdaşı yaralandı
Ağdam rayonunun Papravənd kəndi ərazisində mina hadisəsi baş verib.
XALQ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyi birgə məlumat yayıb.
Ağdam Rayon Polis Şöbəsinin əməkdaşı, polis nəfəri xidmət vaxtı Ağdam rayonun işğaldan azad edilmiş Papravənd kəndi ərazisində piyada əleyhinə minaya düşməsi nəticəsində xəsarət alıb.
Zərərəçəkmiş şəxsin sağ ayağı topuqdan amputasiya edilib.
Faktla bağlı araşdırma aparılır.