Bu gün suveren Azərbaycanın hər bir yerində olduğu kimi, Ağstafa rayonunda da 44 günlük Vətən müharibəsində, o cümlədən ölkəmizin azadlığı uğrunda  canından keçən bütün şəhidlərimizin xatirəsi dərin ehtiramla yad edilir. Vətən müharibəsinin dördüncü il dönümündə Ağstafa RİH başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyəti Şəhidlər Xiyabanını ziyarət edib, qəhrəman Vətən oğullarının məzarları üzərinə tər qərənfillər düzüblər. Şəhidlərimizin ruhuna dualar oxunub.

RİH başçısı Şəhidlər Xiyabanında memorial abidənin önünə əklil qoyub və gül dəstəsi düzüb.

Allahdan şəhidlərimizə rəhmət diləyir, onların ruhu qarşısında baş əyirik!

 

*****

 

Ümumrayon anım tədbirində Ağstafa RİH başçısı Seymur Orucov, yerli hüquq-mühafizə strukturlarının rəhbərləri,  şəhid ailələrinin üzvləri, müharibə veteranları, rayonun məsul  şəxsləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

İlk öncə RİH başçısı Memorial kompleksin əbədi məşəl abidəsi önünə əklil qoyub. Tədbir iştirakçıları Dövlət Bayrağında təsvir olunan ayparanı təcəssüm etdirən abidənin üzərinə gül dəstələri düzüb, qəhrəman Vətən övladlarının ruhuna dərin ehtiramlarını bildiriblər.

RİH başçısı çıxış edərək  qeyd edib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə 27 sentyabr tarixinin Anım Günü kimi təsis edilməsi ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhuna, eyni zamanda, onların doğmalarına göstərilən yüksək ehtiramın təzahürüdür.  Şəhidlərimizin xatirəsi müzəffər xalq və qalib dövlət Azərbaycanın qəlbində əbədi yaşayacaqdır.

Şəhid atası İlqar Quliyev, Vətən müharibəsi qazisi Samir Mirzəyev şəhidlərimizin keçdikləri şərəfli döyüş yolundan, Vətən uğrunda nümayiş etdirdikləri qəhrəmanlıq nümunəsindən söz açıblar.

Ağstafalı şair Rüfət Axundlu Vətənə həsr etdiyi şeirini səsləndirib.

Saat 12:00-da Respublikanın hər yerində, o cümlədən Ağstafa rayonunda şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sükut dəqiqəsi zamanı dövlət bayraqları endirilib, nəqliyyatın hərəkəti dayanıb, avtomobillərdən səs siqnalları verilib.

*****
Ağstafa şəhəri, Hüseyn Arif küçəsində təşkil olunan ağacəkmə aksiyasında Ağstafa RİH başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə strukturlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Aksiyada eldar şamı və sərv ağacı tingləri əkilib. Əkilən ağaclara müvafiq aqrotexniki qulluq göstərilib.


media-728x90banner

Bənzər xəbərlər