media-media-dsc_5086-0jy3xhbn97wzke82ipro

2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ağstafada növbəti ağacəkmə aksiyası keçirilib

“Konstitusiya və Suverenlik İli” ilə əlaqədar respublikamızın hər yerində olduğu kimi, Ağstafa rayonunda da silsilə tədbirlər keçirilir. Bununla əlaqədar Ağstafa Rayon İcra Hakimiyyətinin müvafiq Tədbirlər Planına uyğun olaraq keçirilən növbəti ağacəkmə aksiyası rayonun Köçəsgər, Dağ Kəsəmən, Həsənsu, Qırılı, EynallıQarahəsənli kəndləri və Vurğun qəsəbəsini əhatə edib.

Aksiyada Ağstafa RİH başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərin, “Ağstafaçay” Hidroqovşağı İstismarı İdarəsinin, Ağstafa Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin, Ağstafa Dövlət Aqrar İnkişaf Mərkəzinin, rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin, Ağstafa Elektrik Şəbəkəsinin, Şəmkir Regional Qaz istismar İdarəsinin Ağstafa Xidmət Sahəsinin, “Aztelekom” MMC Qərb Regional Filialının Ağstafa şöbəsinin əməkdaşları iştirak ediblər.

Aksiya çərçivəsində yerli iqlim şəraitinə uyğun olaraq ümumilikdə 1600 ədəd sərv və küknar tingləri əkilib. Ərazidə abadlıq işləri görülüb və əkilən ağaclara zəruri aqrotexniki qulluq göstərilib. Həmçinin yaşıllıq zonalarında qurumuş ağaclar çıxarılaraq yeniləri ilə əvəz olunublar

Qeyd olunub ki, aksiyanın keçirilməsində məqsəd ölkəmizin yaşıllaşdırma ənənələrini və əhali arasında təbiətə olan qayğı hissini təbliğ etmək, ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltmək, ekoloji tarazlığın bərpası, ətraf mühitin sağlamlaşdırılmasından ibarətdir.

media-media-dsc_5093-4ya9w8br576hv2spgnxm media-media-dsc_5116-q84zv3akwxbhr0lc7mie media-media-dsc_5137-enca7kxs9moj810i2uwg media-media-dsc_5167-ijtuxofvm2h93cke1p05 media-media-dsc_5182-pgmbxy6in7hursw03jl5

 


media-728x90banner

Bənzər xəbərlər