Ağstafada şəhidlərimizin il mərasimləri keçirildi. Ağstafa rayon İcra Hakimiyyəti başçısı Seymur Orucov şəhid ailələrini ziyarət etdi.

Ağstafa şəhərindən olan Vətən müharibəsi şəhidimiz Nihad Adil oğlu Abdullayevin əziz xatirəsini ehtiramla anırıq.

Nihad Abdullayev 13.04.2002-ci ildə Ağstafa şəhərində anadan olub. O, Vətən müharibəsi başlayan zaman Azərbaycan Silahlı Qüvvələri sıralarında əsgər kimi vətəndaşlıq borcunu şərəflə yerinə yetirirdi. İşğal altında olan torpaqlarımızın azadlığı uğrunda başlanan 44 günlük Vətən müharibəsində Füzuli və Xocəvəndin azadlığı uğrunda gedən şiddətli döyüşlərdə sucaət göstərib. Ağstafa rayonunun Şəhidlər Xiyabanında dəfn olunan igid əsgərimiz “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

****

Vurğun qəsəbəsindən olan Vətən müharibəsinin könüllü döyüşçüsü Vasif Zahid oğlu Nəzərlinin şəhdilik zirvəsini fəth etməsindən bir il ötür.

Vasif 04.03.2000-ci ildə Vurğun qəsəbəsində anadan olub. O, hər zaman ləyaqəti, mərdliyi, vətənpərvərliyi ilə seçilib. Elə bu hissləri də onun bir çox döyüş yoldaşları kimi torpaqlarımızın azadlığı uğrunda başlanan Vətən müharibəsinə könüllü olaraq qatılmasına səbəb olub. Vasif Nəzərli Azərbaycan Silahlı Qüvvələrinin sıralarında Füzuli və Şuşa uğrunda gedən döyüş meydanlarında şəxsi igidlik nümayiş etdirib. Doğma Vurğun qəsəbəsində torpağa tapşırılan şəhidimiz “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.


media-728x90banner

Bənzər xəbərlər