media-33

Ağstafa Rayon İcra Hakimiyyəti başçısı yanında Uşaq hüquqlarını müdafiəsi üzrə komissiyanın əməkdaşlarının və Uşaqlarla işləyən mütəxəssislərin peşəkarlığının artırılması məqsədi ilə təlim təşkil edilmişdir

Ağstafa Rayon İcra Hakimiyyəti başçısı aparatının inzibati binasında keçirilən tədbirdə RİH başçısının müavini, Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri Lalə Eyyubova, komissiyanın  üzvləri, rayonun ümumtəhsil məktəblərinin psixoloqları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Lalə Eyyubova çıxış edərək təlimin əsas məqsədinin ailələrin sosial müdafiəsi, uşaqların inkişafı, nikah və ailə münasibətlərinin möhkəmləndirilməsi, habelə çətin həyat şəraitində olan və həssas qruplara aid uşaqlarla psixoloji və sosial işin daha peşəkar şəkildə aparılmasını təmin etmək olduğunu bildirib.

Daha sonra çıxış edənlər Ağstafa şəhəri Səadət Şükürova adına 3 nömrəli tam orta ümumtəhsil məktəbinin psixoloqu Elnarə İsgəndərova, Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın katibi Zakir Nəsibov, həmin komissiyanın üzvləri Turan Hüseynov və Elgün İsmayılov bildiriblər ki, yeniyetmə və gənclərin hüquqlarının pozulmasına, vaxtsız qurulan ailələrin dağılmasına və cəmiyyətdə sosial problemlərin artmasına səbəb olan ünsürlərə qarşı hamılıqla mübarizə aparılmalı, bu sahədə icra olunan maarifləndirmə tədbirləri daha da gücləndirilməlidir.

Təlim ölkədə ailə və uşaq sahəsində xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, peşəkar resursların gücləndirilməsinə, həmçinin beynəlxalq təcrübənin tətbiqinə mühüm töhfə verib.


media-728x90banner

Bənzər xəbərlər