Ali Baş Komandan İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi
Vətənə, xalqa, dövlətə və dövlətçiliyimizə misilsiz xidmətlər göstərən və Azərbaycan dövlətinə tarixinin ən şərəfli dövrünü yaşadan cənab İlham Əliyevin bu gün Prezident seçilməsinin 21-ci ildönümüdür.
Düz 21 il öncə, 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində Azərbaycan xalqı öz düzgün seçimini etdi, Ümummilli Lider Heydər Əliyevin müraciətinə dəyər verərək Azərbaycanın gələcəyinin memarına səs verdi. 2003-cü ildən etibarən ölkəmizə rəhbərlik edən Prezident İlham Əliyev öz fəaliyyəti və davranışı ilə siyasi sistemimizə siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi etika nümunəsi təqdim etdi. Özünün yüksək idarəçilik məharəti və milli maraqlara söykənən müdrik daxili və xarici siyasəti ilə dünya liderləri arasında yüksək nüfuz, etimad qazandı.
Mahir süleymanlı
Milli Məclisin deputatı











