Ali Məhkəmənin hakimi Mehparə Əhmədova təqaüdə yola salınıb
2024-cü il dekabrın 16-da Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Mehparə Əhmədovanın təqaüdə yola salınması münasibətilə tədbir keçirilib.
Tədbirdə çıxış edən Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Mehparə Məmmədovanın hakimlik fəaliyyətinə 2000-ci ildən başladığını, 2010-cu ildən isə Ali Məhkəmədə fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Peşəkar və təcrübəli hakim kimi məhkəmə sisteminin inkişafına, ədalət mühakiməsinin səmərələliyinin artırılmasına, qanunun aliliyinin təmin olunmasına mühüm töhfə verdiyini, bundan sonra da öz zəngin təcrübəsini hüquq ictimaiyyəti ilə bölüşəcəyinə ümidvar olduğunu bildirib.
Sonra Ali Məhkəmənin Mülki kollegiyasının sədri Sənan Hacıyev çıxış edərək, Mehparə Məmmədovanın kollektivdə ədalətli mövqeyi, səmimiyyəti və dürüstlüyü ilə böyük hörmət və nüfuz qazandığını qeyd edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Mehparə Məmmədova da öz növbəsində Ali Məhkəmədə işlədiyi dövrlə bağlı xoş təəssüratlarını bölüşərək, ona göstərilən diqqət və qayğıya görə təşəkkür edib.

media-728x90banner

Bənzər xəbərlər