Almaniya Prezidentinin Azərbaycana səfəri başa çatdı
Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana rəsmi səfəri aprelin 2-də başa çatıb.
XALQ.AZ xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Almaniya Prezidenti Frank-Valter Ştaynmayeri hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər yola salıblar.