“Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyinin diplomatik qaydalara zidd davranışları qəbul edilməzdir.
Səfirliklər bir qayda olaraq ölkələr arasında diplomatik münasibətlərin qurulmasına və inkişafına töhfə vermək missiyasını həyata keçirirlər”.

Bunu Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı bildirib.

Deputat qeyd edib ki, ABŞ səfirliyi tamamilə bu məntiqdən uzaq fəaliyyətlə məşğuldur və görünüşcə ölkəsinin xarici işlər nazirliyinin funksiyasını həyata keçirir”

Qanunsuz əməllər törədənləri fərqli motivlərlə canlandırmaq və bunun üzərindən ölkəmizə qarşı əsassız siyasi məhbus tezislərini aktuallaşdırmaq Azərbaycanın daxili işlərinə müdaxilədir.

ABŞ diplomatik missiyasının davamlı xarakter almış anti-Azərbaycan ritorikası yolverilməzdir və Ağ Ev admistratsiyası bununla bağlı müəyyən ölçü götürməlidir. Məlum davranışlar ikitərəfli əlaqələrin inkişafına mənfi təsir göstərir. Vaşinqton rəsmiləri bir reallığın fərqində olmalıdır ki Cənubi Qafqazın lider dövləti olan Azərbaycansız regionda hər hansı bir siyasi fəaliyyət uğur qazana bilməz”.


media-728x90banner

Bənzər xəbərlər