Tanınmış aparıcı Lamiyə Ələkbərovanın başına iş gəlib. 

XALQ.AZ xəbər verir ki, ötən gün aparıcının evinin qarşısından oğlunun velosipedini oğurlayıblar. 

L. Ələkbərova məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Teleaparıcı instaqramda video paylaşaraq həmin şəxsi ifşa edib:

“Bu şəxs oğrudur. Dünən 15:46 radələrində bizim qapının ağzından oğlumun velosipedini oğurlayıb. Bu, bizim qapıdan götürülən ikinci velosipeddir. Biz artıq hüquq-mühafizə orqanlarına şikayət etmişik. Bu videonu paylaşmaqda məqsədim odur ki, siz də ehtiyatlı olun”.

 

 

 

Orxan


media-728x90banner

Bənzər xəbərlər