Araz Musayev xəstəxanadan çağırış etdi
Xəbər verdiyimiz kimi Antalyada keçirilən IFMA versiyası üzrə dünya çempionatı zamanı Azərbaycan Muay-Tay Federasiyasının prezidenti Araz Musayevə qarşı silahlı hücum təşkil olunub.
Türkiyədə bıçaqlanan Araz Musayev Antalyada şəhər xəstəxanasına yerləşdirilib
Hadisə ilə bağlı araşdırma aparan türk polisi dörd nəfərlik hücumçu qrupun əvvəlcədən planlaşdırılmış şəkildə, qəsdən adam öldürmək məqsədilə Türkiyəyə gəldiyini müəyyən edib. Onların ölkəyə giriş tarixləri, icarəyə götürdükləri nəqliyyat vasitələri və digər detallarla bağlı istintaq davam edir,və saxlanılanlar var.
Həmçinin saxlanılan şəxslər arasında Azərbaycanın kikboksinq üzrə milli komandasının baş məşqçisi Elşən Abdulrəhimov var
Əməliyyatdan sonra palataya köçürülən federasiya prezidentinin vəziyyəti stabil qiymətləndirilir.
Qeyd edək ki, idmançımız Məmməd Əmrəliyev Araz Musayevlə sosial hesabında xəstəxanadan görüntülərini paylaşıb və “biz birlikdə güclüyük” şərhini yazıb.