Oktyabrın 8-də Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.

İclasda bir sıra məsələlər və bəzi qanunlarında dəyişiklik edilməsi müzakirə olunub.

XALQ.AZ məlumat verir ki, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev məlumat verib.  Komitə sədri qeyd edib ki, “Qida təhlükəsizliyi haqqında” Qanunun icrası ilə əlaqədar layihədə “Hərbi qulluqçuların statusu haqqında”, “Müdafiə haqqında” və “Hərbi vəziyyət haqqında” qanunlarda, həmçinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri və Daxili xidmət nizamnamələrində uyğunlaşdırma xarakterli dəyişikliklərdə əsasən mətn boyu “ərzaq” ifadəsinin, “qida məhsulu” ifadəsi ilə əvəzlənməsi təklif olunub. Bildirilib ki, layihə insanların, konkret halda hərbiçilərin həyat və sağlamlığının qorunması, bu sahədə qanunvericiliyin beynəlxalq standartlara, norma və qaydalara uyğunlaşdırılması məqsədi daşıyır.

 


media-728x90banner

Bənzər xəbərlər