media-07
105 saylı Tovuz-Gədəbəy seçki dairəsi üzrə millət vəkili Arzu Nağıyev tərəfindən 25 aprel tarixində Gədəbəy rayonunun Novosaratovka kəndində vətəndaş qəbulu keçirildi.
Vətəndaşlar tərəfindən edilən müraciətlər əsasən məşğulluq, şəhid adının əbədiləşdirilməsi və digər məsələlərlə bağlı oldu.
Müraciətləri dinləyən millət vəkili qaldırılan məsələlərlə bağlı aidiyyəti qurumlar qarşısında məsələ qaldıracağını və problemlərin həlli istiqamətində səy göstərəcəyini bildirdi.
Həmçinin Gədəbəy rayonunun Novosaratovka kəndində Vətən müharibəsi şəhidi Rzayev Hüseyn Aslan oğlunun məzarı və ailəsi ziyarət olundu.
Allahdan bütün şəhidlərimizə rəhmət diləyir, onları dərin ehtiramla anır, ruhları qarşısında baş əyirik…
Vətəndaş məmnuniyyətinin təmin olunması məqsədi ilə qəbullarımız davam edəcək.
media-01 media-02 media-03 media-04 media-05 media-06 media-07 media-08

media-728x90banner

Bənzər xəbərlər