Arzu Nağıyev vətəndaşları qəbul etdi – FOTOLAR
105 saylı Tovuz-Gədəbəy seçki dairəsi üzrə millət vəkili Arzu Nağıyev tərəfindən 11 – sentyabr tarixində Tovuz rayonunun Qovlar şəhərində vətəndaş qəbulu keçirilib.
Xalq.online xəbər verir ki, vətəndaşlar tərəfindən edilən müraciətlər əsasən sosial, məşğulluq, səhiyyə və digər məsələlərlə bağlı olub.
Müraciətləri dinləyən millət vəkili qaldırılan məsələlərlə bağlı aidiyyəti qurumlar qarşısında məsələ qaldıracağını və problemlərin həlli istiqamətində səy göstərəcəyini bildirib.
Vətəndaş məmnuniyyətinin təmin olunması məqsədi ilə qəbullarımız davam edəcək.
Növbəti qəbulların keçirilməsi haqda məlumatları Milli Məclisin rəsmi internet saytından izləyə bilərsiniz.

















