Arzu Nağıyevin seçicilərlə görüşləri davam edir
Milli Məclisə növbədənkənar seçkilərlə bağlı 105 saylı Tovuz-Gədəbəy seçki dairəsindən deputatlığa namizəd Nağıyev Arzu Nəsib oğlunun təbliğat- təşviqat kampaniyası çərçivəsində Gədəbəy rayonunun Çay Rəsullu, Bəydəmirli, Turşsu, Şınıx və Kollu kəndlərinin seçiciləri ilə görüş keçirildi, namizədin platforması açıqlanaraq onların fikir və təklifləri dinlənildi, seçiciləri narahat edən məsələlərlə bağlı müvafiq qeydlər aparıldı.
Həmçinin Düz Rəsullu kəndindən Göyəlli kəndinə gedən yolun Axıncı çayı üzərində inşası davam edən körpünün tikintisi ilə bağlı görülən işlərlə maraqlanıldı, işçilərlə söhbət aparıldı.
****
Milli Məclisə növbədənkənar seçkilərlə bağlı 105 saylı Tovuz-Gədəbəy seçki dairəsindən deputatlığa namizəd Nağıyev Arzu Nəsib oğlunun təbliğat- təşviqat kampaniyası çərçivəsində Gədəbəy rayonunun Düz Rəsullu İnzibati Ərazi Dairəsi üzrə Düz Rəsullu, Gərməşöylü, Göyəmli, Hüseyinqulular və Rəhimli kəndlərinin seçiciləri ilə görüş keçirildi, namizədin platforması açıqlanaraq onların fikir və təklifləri dinlənildi, seçiciləri narahat edən məsələlərlə bağlı müvafiq qeydlər aparıldı.
















