media-inbound1523715879417371896

Zimbabve Respublikası Milli Assambleyasının sədri Yakob Fransis Nzvidamilimo Mudenda iyulun 5-də Azərbaycana rəsmi səfərə gəlib.

Xəbər verdiyimiz kimi, Heydər Əliyev Beynəlxalq Hava Limanında Zimbabve parlament nümayəndə heyətini Milli Məclisin Zimbabve ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mahir Süleymanlı və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində spiker Yakob Mudendanın ölkəmizin rəsmiləri ilə bir sıra görüşləri keçiriləcək, ikitərəfli əlaqələrin gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparılacaq.

media-inbound7602450214143206852

media-inbound5583146269557266065


media-728x90banner

Bənzər xəbərlər