media-fy

“SSRİ-nin süqutundan sonra və xüsusilə Rusiyanın son illərdə yürütdüyü təcavüzkar siyasət fonunda dünya gücləri yeni və təhlükəsiz yollar axtarmağa başladılar. Bu gün həmin yeni cazibə mərkəzi Xəzər dənizi və onun ətrafıdır. Xəzər artıq ölkələri ayıran bir sərhəd deyil, Şərqlə Qərbi birləşdirən qlobal bir məkana çevrilib”.

Bu fikirləri Real Televiziyasının efirində Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib.

Millət vəkili qeyd edib ki, Çindən başlayıb Mərkəzi Asiyanın Türk dövlətlərindən, Xəzər dənizindən və Azərbaycandan keçərək Avropaya uzanan Orta Dəhliz layihəsi qlobal miqyasda böyük dəyişikliklərə səbəb olur.

“Bu layihə dünya müharibələrinin yarada biləcəyi böyük iqtisadi və siyasi nəticələri (resursların yenidən bölünməsini) heç bir qan tökülmədən, sülh və əməkdaşlıq yolu ilə reallaşdırır. Layihə ABŞ və Avropa İttifaqının da böyük marağına səbəb olub. Hətta ABŞ-ın regional sülh müqaviləsini və Zəngəzur dəhlizinin açılmasını dəstəkləməsi bu marşrutun qlobal əhəmiyyətini sübut edir. Avrasiyanın yeni xəritəsində əsas mərkəzin (paytaxtın) harası ola biləcəyi sualına birmənalı olaraq Bakı cavabı verilir. “– deyə Cavanşir Feyziyev bildirib.

Millət vəkili qeyd edib ki, bunun coğrafi və strateji səbəbləri var.

“Çindən gələn yollar Mərkəzi Asiyada fərqli ölkələrin (Qazaxıstan, Özbəkistan, Türkmənistan) ərazisindən keçərək şaxələnə bilər. Lakin bu yolların hamısı Xəzər dənizinin şərq sahilinə gəldikdən sonra, Avropaya keçmək üçün yeganə və mütləq qapı Azərbaycandır.”- deyə Cavanşir Feyziyev əlavə edib.

Daha ətraflı videoda:

 


media-728x90banner

Bənzər xəbərlər