media-avs

İsveçrənin Bazel şəhərində “Avroviziya 2025” beynəlxalq mahnı müsabiqəsinin  qalibi Avstriya oldu.

XALQ xəbər verir ki, yarışda 26 ölkə mübarizə aparıb.

Avstriyanı təmsil edən JJ (Yohannes Piç) “Wasted Love” adlı mahnısı ilə 436 xal toplayıb və yarışmanın qalibi olub.

İsrail 357 xalla ikinci, Estoniya isə 356 xalla üçüncü yeri tutub.

Qeyd edək ki, bu il ölkəmizi yarışmada “Mamagama” qrupu “Run with you” mahnısı ilə təmsil edib. Qrup mayın 13-də baş tutan ilk yarımfinal mərhələsində finala adlaya bilməyib.


media-728x90banner

Bənzər xəbərlər