Avtomobil yanıb külə döndü
Şəkidə minik avtomobili yanaraq külə dönüb.
Moderator.az xəbər verir ki, hadisə Orta Zəyzid kəndində baş verib.
Belə ki, 1994-cü il təvəllüdlü Yusifzadə Tərlan İsmət oğluna məxsus “VAZ 21099” markalı minik avtomobili tamamilə yararasız vəziyyətə düşüb. (Qafqazinfo.az)










