Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilir.

XALQ.AZ xəbər verir ki, iclasın gündəliyinə iki məsələ daxil edilib.

 1.    “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş)

2.    “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Büdcə sistemi haqqında” və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş)

İclasda   İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov  “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna təklif olunan dəyişikliyin müzakirəsi zamanı bildirib ki,  qanun layihəsi qəbul edildikdən sonra gözlənilən nəticələr odur ki, alkoqollu içki istehlakının məhdudlaşdırılması meylləri müşahidə edilə bilər”. O qeyd edib ki, keyfiyyətsiz, standartlara cavab verməyən alkoqollu içkilərin istehlakının insan orqanizmi üçün nə kimi fəsadlar törətdiyi məlumdur: “Bu həm də əhalinin sağlamlığı ilə bağlı beynəlxalq təşəbbüslərin dəstəklənməsidir”. Komitə sədri qeyd edib ki,  qanunun qüvvəyə minməsindən sonra alkoqollu içkilərin minimum qiymətindən aşağı qiymətə satılması qadağan ediləcək: “Bu tələbi pozanlar üçün məsuliyyət növləri də müəyyən ediləcək”.


media-728x90banner

Bənzər xəbərlər