Azər Əmiraslanov iclasda Qanununda dəyişiklik edilməsi layihəsi barədə çxış etdi
Oktyabrın 22-də Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.
XALQ.AZ xəbər verir ki, iclasda cari məsələlərin müzakirəsi keçirilib. İclasda gündəliyə daxil olan məsələdə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsinin mahiyyətini açıqlayıb. Bildirilib ki, adı çəkilən qanunun 21-ci maddəsi ilə daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması zamanı reyestrə daxil edilən bildirişdə göstərilən məlumatların dairəsi təsbit edilir. Təklif edilən qanun layihəsi həmin məlumatların sırasına daşınar əmlakın seriya nömrəsinin də əlavə edilməsinin hüquqi əsaslarını yaradır. Belə ki, daşınar əmlakın seriya nömrəsi olduqda bu məlumat yüklülük haqqında bildirişi reyestrə daxil edən şəxs tərəfindən əlavə olunacaqdır. Bu məlumatın reyestrə daxil edilməsi yüklülüyün predmetini təşkil edən əmlakın eyniləşdirilməsini asanlaşdıracaq, bildirişlər üzrə daha çevik axtarışın aparılmasını və reyestrdən çıxarışların verilməsini təmin edəcəkdir.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.










