Azərbaycan boksçusu Avropa çempionu olub
Azərbaycan boksçusu Sübhan Mamedov U-23 Avropa çempionatının qalibi olub.
XALQ xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.
Bildirilib ki, 50 kiloqram çəkidə mübarizə aparan idmançımız finalda Ukrayna təmsilçisi Maksim Rudiki məğlub edərək qızıl medala sahib çıxıb.










