Azərbaycan davamlı uğura, qələbəyə imza atır
“Bu gün biz Azvropa strukturlarının davamlı olaraq anti-Azərbaycan qüvvələrin və erməni lobbisinin əlində Azərbaycana qarşı bir siyasi təzyiq aləti kimi istifadə olunduğunu müşahidə etməkdəyik. Azərbaycan hər hansı bir uğura, qələbəyə imza atanda, yaxud da beynəlxalq səviyyəli mötəbər tədbrilərə ev sahibliyi etdikdə adı çəkilən məlum qüvvələrin ölkəmizə qarşı fəal çirkin oyunlara əl atıb qarayaxma kampaniyasını həyata keçirirlər. Belə bir çirkin oyunun Azərbaycanın COP29-a ev sahibliyi etməsi zamanı da müşahidə edirik. Tədbirin vaxtı yaxınlaşdıqca bu məlum qüvvələr daha da aktivləşirlər. Avropa Parlamentinin oktyabrın 22-də Azərbaycanla bağlı təşkil etdiyi dinləmələr də bunun tərkib hissəsidir”.
Bunu açıqlamasında Milli Məclisin deputatı İlham Məmmədov deyib.











