Fransa parlamentinin 170 deputatının Azərbaycanın əzəli torpağı olan Qarabağla bağlı növbəti yersiz iddiaları əlbəttə ki, beynəlxalq müstəvidə heç bir haqq tanımır. Fransa prezidenti Emmanuel Makrona edilən bu absurd müraciət heç bir həqiqəti özündə əks etdirmədiyi kimi, eyni zamanda Fransanın münaqişənin başından bəri sərgilədiyi birtərəfli mövqeyi və haqsız tərəf olan Ermənistana yenidən haqq tanımaq çağırışı kimi qəbul edilməlidir”.

Bunu  Milli Məclisin deputatı  Jalə Əliyeva deyib.

Onun sözlərinə görə, bu artıq sülh müqaviləsi yolunda addımlamaqda olan iki xalqın, xüsusilə də Ermənistanda yaşayan insanların gələcək taleyinə vurulan bir zərbədir: “Çağırış edən 170 deputatın əgər siyasətdən biraz da olsa anlayışı varsa bilməlidir ki, Qarabağda yaşayan ermənilər Azərbaycan dövlətinin vətəndaşlarıdır və bu belə də davam edəcək. Azərbaycan dövləti hər bir vətəndaşına bərabər hüquq tanıdığı kimi, eyni zamanda Qarabağda yaşayan erməni əsilli şəxslərə də eyni hüquqları tanıyır. Yəqin ki həmin deputatlar bu tələsik açıqlamalarını verərkən özlərinin illərdir işğal altında saxladıqları ölkələrdə həyata keçirdikləri siyasət ilə Azərbaycan dövlətinin apardığı siyasəti səhv salırlar.

Düşünürəm ki, Fransa dövləti parlamenti vasitəsilə bir daha öz simasını və münaqişədəki mövqeyini ortaya qoyur. Bu mövqe birbaşa həm suveren bir ölkənin daxili işlərinə qarışmaq, həm də işğalçı dövlətə verdiyi dəstəyin davamı kimi qiymətləndirilir”.


media-728x90banner

Bənzər xəbərlər