Azərbaycan Karate Federasiyasının hesabatı: Ötən il 200 medal qazanılıb
Azərbaycan Karate Federasiyası tərəfindən 2025-ci ilin yekunlarına həsr olunmuş tədbir keçirilmişdir.
XALQ məlumat verir ki, AKF prezidenti Ülvi Quliyev ötən il federasiyanın gördüyü işlər haqqında ümumi məlumat verib. O, Azərbaycan karateçilərinin uğurlu çıxış etdiklərini, 200-dən çox medal qazandıqlarını qeyd edib:
“MDB Oyunlarında nəticələrimiz uğurlu oldu. Azərbaycan idmanı daim dövlət qayğısı ilə əhatə olunub. Ötən il uğur qazanan idmançılara, məşqçilərə minnətdarlığımı bildirirəm. Həmçinin hakimlərə də təşəkkür edirəm. Nəticələrimiz yaxşı olub. Məşqçilərə və idmançılara uğurlar arzu edirəm. İnanıram ki, bu il də bizi layiqincə təmsil edəcəklər. Biz qalib xalqıq. Bununla fəxr edirəm. Beynəlxalq arenalarda Azərbaycan bayrağını yüksəldib, himnini səsləndirməliyik”.
Tədbirdə media nümayəndələri, idmançılar, AKF-nin nəzdində olan karate növləri üzrə idman qurumları və klublar təltif olunub.


























