Azərbaycan qlobal humanitar problemlərin həllinin dialoq mərkəzinə çevrilib
“Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra yeni paradiqmaların formalaşdırlması istiqamətində çalışır. Yeni paradiqma müasir qlobal çağırışıların tələbinə uyğun olaraq regional və beynəlxalq miqyasda ciddi oyuçu rolunda çıxış edən güclü və qüdrətli regional gücə malik Azərbaycan dövlətinin qurulmasıdır. Bu yeni paradiqma cənab Prezident İlham Əliyevin liderliyi altında öz bəhrəsini verməkdədir”.
Bunu açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Azərbaycanın hədəfi Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) öz töhfəsini verməkdir. Azərbaycan DİM-in “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik” planına uyğun olaraq müəyyən edilmiş qlobal məqsəd və hədəflərin dayanıqlı inkişafın bir-biri ilə vəhdət təşkil edən iqtisadi, sosial və ətraf mühit sahələrində tarazlı idarəetmənin həyata keçirilməsi istiqamətində ciddi addımlar atmaqdadır.
Uğurlu və çevik çoxvektorlu diplomatiya hesabına Azərbaycan təkcə təmsil olunduğu Qafqaz regionunda deyil, bütövlükdə Avrasiya, Afrika, Latın Amerikası və Okeaniyada ciddi oyunçu qismində qəbul edilməkdədir. Bu səbəbdən də Azərbaycan son onillikdə dünyanı narahat edən qlobal humanitar problemlərin həllinin dialoq mərkəzinə çevrilib. Əminliklə qeyd edə bilərik ki, Azərbaycanın iştirakı ilə bəşəri dəyərlərə əsaslanan yeni bir dünya qurulmaqdadır. Bu istər özünü cənab Prezident İlham Əliyevin Çinə dövlət səfəri zamanı imzalanan sənədlər və Birgə Bəyanatın müddəalarında, istər İran prezidenti Məsud Pezeşkianın Azərbaycan səfəri zamanı verdiyi bəayantlarda, imzalanan sənədlərdə, istər Aİ-nin ali nüamyəndəsi Kaya Kallasın, istər ATƏT Baş katibi Ferudin Sınırlıoğlunun Bakıya səfəri zamanı verilən bəyanatlarda öz əksini tapıb. Yekun olaraq onu qeyd etmək olar ki, Azərbaycanın milli maraqlara, strateji inkişafına, eyni zamanda hədəflərinə nail olunması istiqamətində müəyyən etdiyi yeni paradiqma regional və qlobal münasibətlər sistemində yeni sabitliyə, inkişafa xidmət edən əməkdaşlıq münasibətlərinin qurulmasına, qlobal iqtisadiyyata öz töhfəsini verməklə yanaşı, ölkəmizin dünyada daha güclü bir dövlətə çevrilməsi ilə nəticələnəcək”.