Azərbaycan Silahlı Qüvvələri böyük tarixi və şərəfli yol keçib. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti isə özünün Əlahiddə Azərbaycan Korpusunu yaratmışdı. Yeni formalaşmış ordu isə o dövrdə qarşısına qoyulmuş vəzifələri icra edirdi. Amma Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilk yaradılmış milli ordumuzun da fəaliyyətinin dayandırılmasına səbəb oldu. Biz 70 il Sovet İttifaqının tərkibində yaşamağa məhkum olduq. Bu 70 ilin bir hissəsini isə Azərbaycanı müstəqilliyə aparan dövrün başlanğıcı kimi də qeyd edə bilərik. Çünki Azərbaycan Respublikasına rəhbər təyin olunan Heydər Əliyev ölkəmizi müstəqilliyin bərpasına aparacağına inanırdı. Ona görə də milli hərbi kadrların hazırlanması məsələsinə xüsusi diqqət ayırdı. Belə ki, 1971-ci ildən Cəmşid Naxçıvanski adına Hərbi Liseydə azərbaycanlı gənclərin hərbi peşəyə yiyələnməsinə başlandı. Ona qədər isə azərbaycanlılar strateji hərbi peşələrdən uzaqlaşdırılırdı və ordunun inşaat bölmələrində xidmətə cəlb olunurdu.

Bu barədə  açıqlamasında Milli Məclisin deputatı Azər Badamov söyləyib.

O bildirib ki, Azərbaycan tarixi prosesin ardıcıllığı olaraq 1991-ci ildə ikinci dəfə müstəqilliyə qovuşdu. Amma vahid mərkəzdən idarə olunan ordumuzun olmaması və pərakəndə şəkildə fəaliyyət göstərən hərbi birləşmələrdəki özbaşınalıq ərazilərimizin itirilməsi ilə nəticələndi. 1994-cü ilin iyunun 15-də Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ordu quruculuğu sahəsində də yeni bir səhifənin açılmasına səbəb oldu, pərakəndə hərbi birləşmələri bir komandanlıq altında birləşdirərək nizami ordu yaradıldı. Orduda nizam-intizam yüksək səviyyəyə qaldırıldı və qısa zamanda dahi Liderin rəhbərliyi ilə tarixi Horadiz əməliyyatı həyata keçirilərək düşmən atəşkəsə imza atmağına məcbur edildi.

Bu barədə AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov söyləyib.

O bildirib ki, Azərbaycan tarixi prosesin ardıcıllığı olaraq 1991-ci ildə ikinci dəfə müstəqilliyə qovuşdu. Amma vahid mərkəzdən idarə olunan ordumuzun olmaması və pərakəndə şəkildə fəaliyyət göstərən hərbi birləşmələrdəki özbaşınalıq ərazilərimizin itirilməsi ilə nəticələndi. 1994-cü ilin iyunun 15-də Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ordu quruculuğu sahəsində də yeni bir səhifənin açılmasına səbəb oldu, pərakəndə hərbi birləşmələri bir komandanlıq altında birləşdirərək nizami ordu yaradıldı. Orduda nizam-intizam yüksək səviyyəyə qaldırıldı və qısa zamanda dahi Liderin rəhbərliyi ilə tarixi Horadiz əməliyyatı həyata keçirilərək düşmən atəşkəsə imza atmağına məcbur edildi.

media-728x90banner

Bənzər xəbərlər