media-sahin

Azərbaycan Respublikası və Çin Xalq Respublikası arasında ikitərəfli münasibətlər gəldikdə, hər iki ölkə üçün strateji əhəmiyyət kəsb edir. Azərbaycan və Çin arasında diplomatik münasibətlər 1992-ci ildən qurulmuşdur. Hər iki ölkə beynəlxalq məsələlərdə bir-birinin mövqeyinə hörmətlə yanaşır və müxtəlif beynəlxalq təşkilatlarda əməkdaşlıq edirlər. Çin, Azərbaycan üçün vacib bir tərəfdaşdır və iki ölkə arasında siyasi dialoq mütəmadi olaraq davam edir. Azərbaycan və Çin arasında iqtisadi əlaqələr də güclüdür. Çin, Azərbaycan üçün mühüm ticarət tərəfdaşıdır və xüsusilə sənaye, texnologiya, mühəndislik və bərpa olunan enerji sahələrində əməkdaşlıq mövcuddur.
Ümumilikdə, Azərbaycan və Çin arasında münasibətlər inkişaf edir və hər iki ölkə üçün faydalı olan sahələrdə əməkdaşlıq davam edir.
Prezident İlham Əliyev çıxışı zamanı, 2023-cü ildə təxminən 200 ölkənin yekdil qərarı ilə Azərbaycana COP29-a ev sahibliyi etmək şərəfi verildyini, bu qərarı ölkəmizə olan hörmət və beynəlxalq arenada fəal rolun dəyərləndirilməsi kimi qiymətləndirildiyini bildirdi. Azərbaycan, həmçinin təxminən 60 ölkəni birləşdirən İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. Çin Xalq Respublikasının Baş nazirinin müavininin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında – COP29-da iştirakı əlamətdar hadisə oldu. Ümumilikdə, Avropa İttifaqının 10 üzvü ilə Azərbaycan sazişlər imzalayıb və Strateji tərəfdaşlıq haqqında bəyannamələr qəbul edib. Bütün bunlar bizə düşünməyə imkan verir ki, biz iqlim dəyişmələri məsələsində fərqli mühüm iştirakçılar arasında körpülərin salınmasında çox faydalı və yardımçı ola bilərik.
Prezident İlham Əliyev çıxışında qeyd etdi ki: “Azərbaycan Çin Xalq Respublikasının Sədri tərəfindən irəli sürülmüş “Kəmər və yol” təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biridir. Bu istiqamətdə ciddi praktik layihələr həyata keçiririk. Əminliklə demək olar ki, Azərbaycan bu layihənin reallaşmasına istər öz ərazisində, istərsə də onun hüdudlarından kənarda Çindən sonra daha çox investisiyalar qoyan ikinci ölkədir. 2019-cu ilin aprelində Çində keçirilən 2-ci “Kəmər və yol” Forumunda çıxış edərkən qeyd etdim ki, bu layihə təkcə nəqliyyat əlaqəsini təmin etmir, həmçinin müxtəlif ölkələr arasında əlaqələri gücləndirir, dialoq və əməkdaşlığın möhkəmlənməsinə xidmət edir və beynəlxalq ticarət üçün yeni imkanlar yaradır.
“Kəmər və yol” təşəbbüsü çərçivəsində Çinlə əməkdaşlığı genişləndiririk. Bu istiqamətdə artıq mühüm uğurlar qazanılıb. Özünün əlverişli coğrafi mövqeyindən istifadə edən Azərbaycan ərazimizdən yük axınının kəskin artmasını nəzərə alaraq, beynəlxalq nəqliyyat dəhlizlərini fəal inkişaf etdirməyə, müasir infrastruktur yaratmağa və onların ötürücülük qabiliyyətinin artırılmasına əlavə investisiya qoymağa davam edir”.
Azərbaycan və Çin Xalq Respublikası arasında ticarət əlaqələri inkişaf edir. Çin Xalq Respublikası, Azərbaycanın ən iri ticarət tərəfdaşlarından biridir. Əsasən, Azərbaycanın xammal ixracı və Çin Xalq Respublikasının texnologiya, maşınqayırma və avadanlıq ixracı ilə əlaqəlidir. Çin şirkətləri Azərbaycanın enerji və infrastruktur layihələrində iştirak edir.
Ümumilikdə, Azərbaycanın Çin Xalq Respublikası ilə iqtisadi əməkdaşlığı, hər iki ölkənin strateji maraqları və iqtisadi inkişaf məqsədləri ilə uyğun gəlir və bu əlaqələr daha da dərinləşməkdədir.

Şahin Seyidzadə 

Milli Məclisin deputatı 


media-728x90banner

Bənzər xəbərlər