Azərbaycanda 32 saat aralıqsız əməliyyat edən həkim Pərvin Mirzəliyev
Azərbaycanda 32 saat davam edən əməliyyat icra olunub.
XALQ xəbər verir ki, Respublika Diaqnostika Mərkəzində neyrocərrah Pərvin Mirzəliyev 32 saat aralıqsız davam edən “Gigant beyin Arteriyovenoz Malformasiya” cərrahi əməliyyatını həyata keçirib.
Uğurla icra olunan əməliyyatda sonra həkim cərrah elə cərrahiyə otağında döşəməyə uzanaraq uğurunu belə paylaşıb.