Azərbaycanda DƏHŞƏTLİ OLAY-Məmurun qulağın kəsiblər
Azərbaycanda məmurun qulağın kəsiblər.
XALQ.AZ xəbər verir ki, bu barədə jurnalist Heydər Oğuz “Facebook” səhifəsində məlumat paylaşıb.
O bildirib ki, fotosunu paylaşdığı qulaq Prezident mükafatı alan məmurun qulağıdır. Bu məmur bir həftə əvvəl icra hakimiyyətində nümunəvi qulluğuna görə medal alıbmış.
Araşdırmalarımıza görə olay Naxçıvanda baş verib.
Yayılan məlumatlarda Şahbuz rayonunda bir şəxsin qulağının kəsilməsi iddia olunurdu.
Həmin yazıda iddia olunur ki, məsələ namus üstündə baş verib.
Yazıda iddia olunur ki, qonşusu onun bir yox, iki qulağını birdən kəsib:
“Ağlından başqa yerlərini də kəsmək keçirmiş. Ona da təsadüfən yoldan keçən Nurs kəndinin icra nümayəndəsi mane olur. Qonşu məcburən iki qulaqla kifayətlənir və kəsdiyi qulağın birini götürüb, polis idarəsinə gəlib. Polislərə qonşusunu cəzalandırdığını bildirir və əlində tutduğu qulağı əşyayi-dəlili kimi onlara göstərir. Polis müvafiq tədbirləri görür. Ancaq hadisədən müəyyən zaman keçdiyi üçün qulağı yerinə bərpa etmək mümkün olmur”.