Azərbaycanda müğənnilərin heç bir performansı yoxdur
Məşhur müğənni Nura Suri Azərbaycan müğənnilərini ifşa etdi.
XALQ.AZ xəbər verir ki, Nura Suri şəxsi sosial hesabında yazıb ki, təklif edirəm, hətta xahiş edirəm, şou-biznes sözünü yerli müğənnilərin adının yanında yazmayasınız. Toy-biznes yazın. Bizim müğənnilər ( mən daxil) ancaq toydan qazanır.
O, bildirib ki, şounu Ledi Gaga, Şakira, Benson Boone, JLo, Bruno Mars və sair kimi müğənnilər göstərir.
Bizdə eyni səhnəni və trendi Xalq artistləri və bayağı adlandırdıqlarınız bölüşür. Sadəcə bəziləri daha baha qiymətə və daha çox tədbirə gedir (fərq ancaq bundadır). Heç bir şoudan və performansdan söhbət gedə bilməz deyə qeyd edib.