Azərbaycanda Ramazan bayramı qeyd edilir
Azərbaycanda Ramazan bayramı qeyd edilir.
XALQ.AZ-ın məlumatına görə, bu il Ramazan ayının 1-i Miladi təqvimlə mart ayının 1-nə təsadüf edib. Ramazan bayramı Miladi təqvimlə martın 30-na təsadüf edir.
Adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur.
Azərbaycanın bütün məscidlərində bayram namazları qılınacaq. Bakıda Əjdərbəy məscidində bayram namazının vaxtı saat 08.00-a, Təzəpir məscidində isə 09.00-a təyin edilib.