media-1esfahbrtrjbfv8vhe7wgyrc2ajtex0gggbezkog_1200

 

media-izg4lzg5qevp5nvyeprtsd11v42c0pouyks3imzo_640Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 8-də Azərbaycanın Ankaradakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Aslanovu qəbul edib.

Xalq.online xəbər verir ki, azərbaycanlı diplomat etimadnaməsini Türkiyə dövlət başçısına təqdim edib.

R.Aslanov bundan əvvəl Azərbaycanın İtaliyada, eyni zamanda San-Marino və Maltada səfiri, habelə Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Ərzaq Proqramı və Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondu yanında daimi nümayəndəsi vəzifələrində çalışıb.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev iyulun 24-də Rəşad Aslanovun Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfir təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Türkiyə Prezidentinə Böyük Britaniya, İsveç, Kanada və Tailandın yeni təyin olunmuş səfirləri də etimadnamələrini təqdim ediblər.

 

 


media-728x90banner

Bənzər xəbərlər