İranın Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) agentləri milli fəal Kərim Xəlilinin Təbrizin Heydərabad məhəlləsindəki evinə basqın ediblər.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Məmurlar onun şəxsi əşyalarını, o cümlədən kompüter və mobil telefonunu müsadirə ediblər. Xatırladaq ki, Kərim Xəlili İranın təhlükəsizlik agentləri tərəfindən dəfələrlə həbs olunaraq işgəncələrə məruz qalan azərbaycanlı milli fəal Aşıq Cəbrayıl Xəlilinin qardaşıdır.

 


media-728x90banner

Bənzər xəbərlər