"Azəriqaz" real sərfiyyatdan artıq təbii qazın hesablanmasını tətbiq edib?
Məhkəmə “Azəriqaz” İstehsalat Birliyinin şirkət üzərinə qoyduğu 83 717 manatlıq borcun silinməsi ilə bağlı qərar verib.
XALQ.AZ-ın məlumatına, Şəmkir rayonunda yerləşən MMC “Azəriqaz”a qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edib və 166056,38 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş edib.
Belə ki, 2024-cü ilin yanvar ayından iyun ayınadək, 5 ay müddətində ümumilikdə 83717,48 manat məbləğində sayğac göstəricisindən əlavə aktlar əsasında borc hesablanıb. Mübahisələndirilən ümumi məbləğin 82338,90 manat hissəsi ilə bağlı bildirilir ki, cavabdeh təşkilat qaz sayğacının guya işlək vəziyyətdə olmadığını qeyd edərək real sərfiyyatdan artıq təbii qazın dəyərini hesablayıb. İddiaçıya hər ay təqdim edilən hesab fakturalarda borcun aktlar əsasında hesablandığı qeyd edilməyib. Bu səbəbdən mübahisələndirilən 166056,38 manat ümumi borc məbləğinin alktlar və digər qanunsuz yollarla hesablandığından məlumatsız olub.
Bakı Kommersiya Məhkəməsi MMC-yə əsassız olaraq hesablanmış 83717 manat borcun silinməsi öhdəliyini Azəriqaz İB-yə həvalə edib.