Azparking Bayram Günləri Niyə Ödənişlidir?
Azparking bayram günləri niyə ödənişsiz parkinq xidməti göstərmir? Sürücülər bu barədə nə düşünür? 📌 Ekspertlər hansı arqumentləri irəli sürür Azparking-in məqsədi pul qazanmaqdır, yoxsa sistemi qaydaya salmaq? Azparking bazar günləri avtomobil parklanmasını ödənişsiz edir. Bəs nə üçün bu addımı bayram günlərində də atmır? Barometr müxbiri mövzu barədə avtomobil sahibi olan şəhər sakini ilə söhbətləşib. Sürücü də bildirir ki, bu addım yerində verilmiş addım ola bilər. Həmçinin ekspert də bildirir ki, Azparking məqsədi pul yığmaq yox, bu işləri sistemə salmaqdır. Bu səbəbdən bayram günləri də ödənişsiz parking xidməti mövcud ola bilər.