Azyaşlı belə xilas edildi
Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə Qəbələ şəhəri, Muxtar Abdıyev küçəsində uşağın evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Nazirlikdən XALQ-a verilən məlumata görə, çağırış üzrə cəlb olunan FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasediciləri beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsindəki mənzilə alpinist ləvazimatlarından istifadə etməklə pəncərədən daxil olaraq 2022-ci təvəllüdlü azyaşlını xilas ediblər.
Görüntüləri təqdim edirik: