“Bakcell”dən ŞİKAYƏT
“Təxminən bir müddət əvvəl mənə və qonşularıma xəbərdarlıq edilmədən və heç bir razılaşma olmadan “Bakcell” şirkəti bizim binanın üstündə ötürücü antena quraşdırıb. Mənim yaşadığım mənzil sonuncu, yəni üçüncü mərtəbədədir. Yatdığım yerlə antena arasındakı məsafə 1 metrdir”.
Bu barədə Bakı şəhəri Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 239, mən 74A ünvanında yaşayan İbrahimov Cavan Həmdulla oğlu müraciətində bildirib.
Şikayətçi qeyd edib ki, antenanın quraşdırılmasından gec xəbər tutublar:
“Bunu da ona görə bilmişik ki, antenanın səsi mənzilimizdə aydın şəkildə eşidilir. Məsələ ilə bağlı “Bakcell” şirkətinə də şikayət etmişik. Lakin müxtəlif bəhanələrlə məsələni uzadırlar. Amma mən həkimlərdən öyrənmişəm ki, ötürücü antena insan orqanizminə çox ziyandır. Ona görə də narahatam”.
Məsələ ilə bağlı “Bakcell” şirkəti ilə əlaqə saxladıq. Şirkətdən Bizim.Media-ya bildirildi ki, şikayət araşdırılacaq və ən qısa zamanda əlavə məlumat veriləcək.
Mövzunu diqqətdə saxlayacağıq.










