“Bakı Sığorta”nın lisenziyası ləğv olundu
Azərbaycan Mərkəzi Bankı “Bakı Sığorta”nın lisenziyasını könüllü müraciət əsasında ləğv edib.
Bu barədə XALQ.AZ-a AMB-dən bildirilib.
“Bakı Sığorta” ASC-nin mövcud maliyyə göstəriciləri Cəmiyyətin öhdəliklərinin tam və vaxtında icra edilməsinə imkan verir. Cəmiyyətin ləğvetmə prosesi Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində nəzarətdə saxlanılacaq.