media-bb

Bu gün Ələt Azad İqtisadi Zonasının ərazisində hava limanı tikilir.

Bu sözləri Ələt Azad İqtisadi Zonasının (ƏAİZ) Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov deyib.

O qeyd edib ki, bu hava limanının əvvəlcə yük üçün tikilməsi nəzərdə tutulurdu.

“Ələt Azad İqtisadi Zonası beynəlxalq nəqliyyat koridorlarının kəsişməsində yerləşir. Nəzərdə tutduğumuz o idi ki, bu hava limanı ancaq yükdaşımalarda istifadə olunsun, ancaq bu gün qərar dəyişib. Hava limanı tikiləndən sonra bizim investorlar çox əlverişli şəraitlə təmin olunacaq”.


media-728x90banner

Bənzər xəbərlər