Bakıda Bayrağımız yenidən dalğalanır-Fotolar
Bakıda Dövlət Bayrağı Meydanında bayrağımız təmirdən sonra yenidən dalğalanır.
2007-ci ildə ölkə başçısının Bakıda Dövlət Bayrağı meydanının yaradılması barədə sərəncam imzalandıqdan sonra meydanın təməli 2007-ci il dekabrın 30-da prezident İlham Əliyev tərəfində qoyulmuşdur.
1 sentyabr 2010- cü ildə Prezident İlham Əliyev Bakıda Dövlət Bayrağı meydanı açılışını etmişdir. 20000 m² ərazisi olan meydanda ucaldılmış dayağın hündürlüyü 162 metr Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, kütləsi isə təqribən 350 kiloqram olan bayraq Ginnes dünya rekordları təşkilatı tərəfindən dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib.
2021-ci ildən başlayaraq yenidənqurma işləri aparılmışdır. Bakıda quraşdırılan dünyanın ən hündür bayraq dirək platformasının ümumi hündürlüyü 191 metrdir. Dirək əsasından yuxarıya qədər diametri 5,7 m-dən 2 m-ə qədər, çəkisi 230 ton ilə 13 ton arasında olan 9 polad konusvari boru seqmentindən və yuxarıda yerləşdiriləcək fırlanan seqmentdən ibarətdir.
Meydan üçün seçilmiş yer dövlət bayrağının paytaxtın müxtəlif nöqtələrindən görünməsinə imkan yaradır.
Dövlət atributlarının qorunmasına və təbliğinə Prezidentin həssas münasibətini 2009-cu il 9 noyabr tarixinin Azərbaycanda Dövlət Bayrağı Günü kimi təsis edilmişdir.
XALQ.AZ Dövlət Bayrağı Meydanında yenidənqurma işlərindən sonra dalğalanan bayrağımızın fotoların təqdim edir.